İran vətəndaşına işləyən narkokuryer saxlanılıb | VİDEO

İran vətəndaşına işləyən narkokuryer saxlanılıb |    VİDEO
  26 Yanvar 2026    Oxunub:636
Paytaxtın Səbail Rayon Polis İdarəsi 9-cu Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat tədbiri zamanı 33 yaşlı Gəncə şəhər sakini Səfər Camalov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata əsasən, onun idarə etdiyi avtomobilə baxış zamanı 10 kiloqram 110 qram marixuana, 2 kiloqram 55 qram tiryək və 13 ədəd psixotrop tərkibli preqabalin həbi aşkarlanıb. Səfər Camalov narkotikləri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından Bakı şəhərində satmaq niyyəti ilə əldə etdiyini bildirib. O, narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imiş.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti